Xətai rayonunda marketdən oğurluq edən şəxs tutulub

Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisindəki marketdən 1560 manat və 680 manat dəyərində tütün məmulatları oğurlayan paytaxt sakini S.Məmmədov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *