Yasamal rayonunda qadın evdən qızıl əşyalar oğurlayıb

Median.Az xəbər verir ki, Yasamal RPİ 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini O.Loktionova saxlanılıb.

Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *