EvCəmiyyətBakıda gəncin başını daşla yardılar

Bakıda gəncin başını daşla yardılar

Bakının Xətai rayonunda döyülmə faktı baş verib.

Median.Az xəbər verir ki, 23 yaşlı Həsənov Kənan Nizami oğlu naməlum şəxslə mübahisə zəminində döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, K.Həsənovun başına daşla zərbə endirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

SON XƏBƏRLƏR
Mövzu üzrə