EvCəmiyyətPirotexniki vasitə satan daha üç nəfər saxlanıldı

Pirotexniki vasitə satan daha üç nəfər saxlanıldı

Ötən gün Bakının Nəsimi və Xətai rayonlarında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Dekabr ayının 31-i paytaxtın Nəsimi rayonu ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü V.Süleymanov, Kürdəmir rayon sakini 1969-cu il təvəllüdlü İ.Əliyev, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Y.Amanov saxlanılıb.

Bundan başqa Xətai rayonu ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini 1979 -cu il təvəllüdlü X.Əliyev də saxlanılıb.

Saxlanılanlar barəsində İXM-nin 442-ci maddəsi ilə protokol tərtib olunub.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə