Dağlıq Qarabağda erməni əsgəri ölüb

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilmiş ərazisində işğalçı ordunun əsgəri ölüb.

Median.Az-ın Reporta istinadən məlumatına görə, hadisə dünən yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artem Arturoviç Kazaryan vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *