Azərbaycanda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı

Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *