EvCəmiyyət2020-ci ilin ilk qarı bölgələrdə turist axınına səbəb oldu — VİDEO

2020-ci ilin ilk qarı bölgələrdə turist axınına səbəb oldu — VİDEO

Azərbaycanın bölgələrinə 2020-ci ilin ilk qarı yağıb.
Median.Az
Baku.TV-yə istinadən xəbər verir ki, Şamaxıda qarın yollardan təmizlənməsi üçün daxili yollara qartəmizləyən texnikalar və canlı qüvvə cəlb edilib. Şəhər mərkəzinə 10-15, dağlıq ərazilərə 20-25 sm qar yağıb. Qar ən çox rayonun Pirbəhli, Qızmeydan, Zarat və Dəmirçi kəndlərinə yağıb.

Əsas avtomobil yolları işlək vəziyyətdədir. Bakı-Şamaxı, Şamaxı-İsmayıllı və Ağsu aşırımı artıq qardan təmizlənib.

Ən çox qar isə Qubanın Xınalıq kəndində qeydə alınıb. Temperatur mənfi 9 dərəcəyədək enib.
Yağan qar Şimal bölgəsinə çoxlu sayda turisti cəlb edib. Qubadakı istirahət mərkəzlərində dincəlmək istəyən turistlərin əksəriyyəti daha çox Qəçrəş istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.

SON XƏBƏRLƏR
Mövzu üzrə