EvCəmiyyətBabək prospektində zəncirvari qəza: Dörd avtomobil toqquşdu, yaralı var

Babək prospektində zəncirvari qəza: Dörd avtomobil toqquşdu, yaralı var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.

Dörd avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü İsmayılov Nicat Rövşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qarnın küt travması diaqnozları qoyulub.

SON XƏBƏRLƏR
Mövzu üzrə