İmişlidə piyadanı vurub qaçan sürücü tutuldu

Yanvarın 5-də saat 1 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində yolu keçən Yalavac kənd sakini M.Orucov naməlum avtomobillə vurulub.

Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *