Dövlət Miqrasiya Xidmətində yeni TƏYİNAT

Dövlət Miqrasiya Xidmətində kadr dəyişikliyi baş verib.

Bu barədə Xidmətin rəisi Vüsal Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Elnur Kələntərov DMX-nın İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.

O, bundan əvvəl DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, E.Kələntərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *