İrandakı dəhşətli təyyarə qəzasında azərbaycanlılar həlak olmayıb – RƏSMİ

Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) Tehrandakı təyyarə qəzasında azərbaycanlıların həlak olması ilə bağlı məlumat daxil olmayıb.

Bu barədə Oxu.Az-a XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi məsələni nəzarətdə saxlayır.

Xatırladaq ki, İranın paytaxtında İmam Xomeyni adına aeroportun yaxınlığında Ukraynanın MAU aviaşirkətinin “Boeing-737” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 180 sərnişin olub.

Təyyarə uçuşdan dərhal sonra yerə çırpılıb. Təyyarədəki sərnişinlərin hamısı həlak olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *