EvDünyaAviaşirkətlər İran və İraq üzərindən uçuş marşrutlarını dəyişdirir

Aviaşirkətlər İran və İraq üzərindən uçuş marşrutlarını dəyişdirir

Dünyanın böyük aviaşirkətləri İran və İraqın hava məkanından keçməmək üçün təyyarələrinin uçuş marşrutlarını dəyişdirməyə başlayıb.

Bu barədə “Reuters” xəbər verir.

İlk növbədə ABŞ şirkətlərinə məxsus aviadaşıyıcılar marşrutlarında dəyişilik ediblər.

Xatırladaq ki, Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi Tehran hava limanı yaxınlığında qəzaya uğrayıb. İİR-də Kiyev səfirliyi baş verənlərin terror versiyasını artıq istisna edib.

Ötən gecə İran İraqda ABŞ hərbi obyektlərinə raket zərbələri endirib. Əməliyyat “Şəhid Süleymani” adını alıb. Tehran bu addımını “Əl-Qüds” xüsusi bölməsinin rəhbəri general Qasim Süleymaninin Bağdadda ABŞ-ın raket hücumu nəticəsində öldürülməsinə cavab adlandırıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı