Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətİtkin düşən dörd nəfər tapıldı

İtkin düşən dörd nəfər tapıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dünən 18 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan beşi əvvəlki dövrlərdən bağlı qalan cinayət hadisələri olub.

Xuliqanlıq üzrə 11, narkotiklərlə əlaqəli iki, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha beş faktın açılması təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 38 nəfər saxlanılıb.

İtkin düşmüş qismində axtarışa elan olunan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments