Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalBakıda kafedə qan töküldü

Bakıda kafedə qan töküldü

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün saat 06:20 radələrində Nəsimi rayonunda yerləşən kafelərin birində qeydə alınıb.

Mübahisə zəminində naməlum şəxs 1989-cu il təvəllüdlü G.İbrahimovu döş qəfəsindən bıçaqlayıb və hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılıb və Quba rayon sakini, 1984-cü il təvəllüdlü N.Əkbərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments