Bazar ertəsi, May 18, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətAzərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcəklər

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcəklər

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, epidemiya əleyhinə sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunması nəzərdə tutulur.

Layihədə bildirilir ki, rejimi pozan hüquqi şəxslər iki min manatdan beş min manata qədər cərimə ediləcəklər.

Layihənin Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner