Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

Bu barədə “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

Müddətin uzadılması koronavirus infeksiyası ilə bağlıdır.

Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *