EvİqtisadiyyatNeftin qiyməti növbəti dəfə ucuzlaşdı

Neftin qiyməti növbəti dəfə ucuzlaşdı

Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 9,5% ucuzlaşaraq 31,16 ABŞ dolları təşkil edib.

“Lenta.ru” xəbər verir ki, “WTI” markalı neft də 9,5% ucuzlaşıb və hal-hazırda onun bir barreli 25,88 ABŞ dolları müqabilində satılır.

Xatırladaq ki, aprelin üçü “Brent” markalı neftin qiyməti 33,27, “WTI” markalı neftin qiyməti isə 26,6 ABŞ dolları təşkil edirdi.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı