Yeni doğulan uşaqlara ən çox bu adlar qoyulur – SİYAHI

2020-ci ildə yeni doğulmuş körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, cari il ərzində yenidoğulan oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə adları verilib.

Sadalananlardan oğlan adları arasında ilk beşlikdə Yusif, Əli, Hüseyn, Ömər, Uğur, qız uşaqlarına verilən adlar arasında isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə adı yer alır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *