Çərşənbə, May 13, 2026
Google search engine
HomeHadisəAğdamda 87 yaşlı qadın zəhərləndi

Ağdamda 87 yaşlı qadın zəhərləndi

Ağdamda 87 yaşlı qadın zəhərlənib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, ötən gün rayonun Şükürağalı kənd sakini, 1933-cü il təvəllüdlü M.Paşayeva zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qadın xəstəxanaya daxil olarkən huşsuz vəziyyətdə olub.

Xəstənin ailə yaxınlarının dediyinə görə, M.Paşayevanın vəziyyəti qəbul etdiyi dərmanların təsirindən pisləşib.

Xəstəxanadan isə qadının vəziyyətinin orta ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments