Bakıda kişi intihara cəhd etdi

Bakının Suraxanı rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin 14-ü, saat 00:45 radələrində Suraxanı qəsəbə sakini, 1986-cı il təvəllüdlü Arif Musayev evinin eyvanında özünü kəndirdən asıb. Xoşbəxtlikdən qohumları vaxtında özlərini çatdıraraq, kəndiri onun boğazından çıxarıblar.

Hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən A.Musayevin vəziyyətinin ağır olduğu bildirilir. Onu intihara vadar edən səbəb müəyyənləşdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *