Bakıda avtomobilin vurduğu piyadanın ayağı sındı

Bu gecə paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə “20 Yanvar dairəsi”ndə qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Əhmədov Əhmədağa Hümbət oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.