Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətAzərbaycanda daha dörd yarışın təxirə salınma müddəti uzadıldı

Azərbaycanda daha dörd yarışın təxirə salınma müddəti uzadıldı

Azərbaycanda futzal üzrə keçirilən bütün yarışların təxirə salınması müddəti uzadılıb.

Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.

Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək, I və II liqaların, eləcə də ölkə Kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb.

Qeyd edək ki, dünən AFFA aşağı yaş qrupları üzrə bütün yarışların və qızlar arasında çempionatın təxirə salınma müddətinin mayın 4-dək uzadıldığını açıqlamışdı.
/oxu.az/

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner