Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
EvDünyaİran sərt karantin rejimini yumşaldır: Bazarlar və ticarət mərkəzləri açıldı

İran sərt karantin rejimini yumşaldır: Bazarlar və ticarət mərkəzləri açıldı

İran hökumətinin qərarına əsasən, bu gündən etibarən ölkədə şəhərlərarası magistral yollarda hərəkət bərpa edilib, həmçinin, ticarət mərkəzləri və mağazalar açılıb.

Xəbəri “Associated Press” agentliyi yayıb.

Agentlik yazır ki, ticarət mərkəzlərindən başqa, dünyanın ən böyük qapalı bazarı hesab olunan Tehranın “Böyük Bazarı” da fəaliyyətini bərpa edib. Lakin mağazalar saat 18:00-dək fəaliyyət göstərə biləcək.

Restoranların, idman zallarının və digər ictimai müəssisələrin fəaliyyətinə hələlik icazə verilməyib.

Məscid və digər dini obyektlər də bağlı olaraq qalır.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner