Şənbə, May 16, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətPeşə təhsili müəssisələri təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək - QƏRAR

Peşə təhsili müəssisələri təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək – QƏRAR

Median.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi

Nizamnaməsi”ndə və “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə etdiyi dəyişikliklərdə qeyd edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali və peşə təhsil müəssisələrinin vəzifələri artırılıb. Belkə ki, ali təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq. Həmçinin, peşə təhsili müəssisəsi də “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.

Bundan sonra peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner