Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
EvKriminalBakıda qadın hədə-qorxu ilə kişinin pulunu aldı

Bakıda qadın hədə-qorxu ilə kişinin pulunu aldı

Bakının Xətai rayonunun Polis İdarəsinin əməkdaşları hədə-qorxu yolu ilə pul tələb edən şəxsi saxlayıblar.

Bu barədə Oxu.Az-a Xətai rayonu Polis İdarəsindən məlumat daxil olub.

Belə ki, aprelin 20-də 1989-cu il təvəllüdlü Ş.F. polisə müraciət edib. O, 1993-cü il təvəllüdlü M.İ.-nin 2019-cu ilin noyabr-dekabr aylarında ondan şantaj yolu ilə 1500 manat aldığını deyib.

Araşdırma zamanı məlum olub ki, Ş.F. fahişəliklə məşğul olan M.İ.-nin müştərisi olub. Əvvəlcə qız ona həmin şəxsin guya qıza borclu olması adı ilə polisə xəbər verəcəyi barədə hədə-qorxu gəlib. Buna görə, həmin şəxs qıza tələb etdiyi məbləği verib.

M.İ.nin üç oxşar cinayətdə adı keçir.

Şübhəli şəxs tutulub və məsuliyyətə cəlb edilib.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner