Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
Evİdman"Barselona" türkiyəli futbolçunu transfer etdi

“Barselona” türkiyəli futbolçunu transfer etdi

İspaniya “Barselona”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Kataloniya təmsilçisi Avstriya “Rapid”inin yarımmüdafiəçisi Yusuf Demiri icarəyə götürüb. 18 yaşlı türk əsilli oyunçu ilə 1 illik müqavilə imzalanıb.

La Liqa klubu növbəti mövsümün sonunda 10 milyon avro təzminat qarşılığında istedadlı futbolçunu birdəfəlik transfer edə bilər.

Avstriya millisinin formasını geyinən Demir hələlik “Barselona”nın B komandasında çıxış edəcək.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner