Şənbə, May 16, 2026
Google search engine
EvİdmanBritaniyalı nazir italiyalı azarkeşlərə xəbərdarlıq etdi

Britaniyalı nazir italiyalı azarkeşlərə xəbərdarlıq etdi

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps italiyalı futbol azarkeşlərinə 11 iyulda Londonda keçiriləcək AVRO-2020-nin finalında iştirakdan imtina etməyi tövsiyə edib.

Nazir bu barədə fikirlərini “Times” radiosunun efirində səsləndirib.

“Onları heç bir yerə buraxmayacaqlar”, – deyə Qrant Şepps vurğulayıb.

Nəqliyyat naziri əlavə edib ki, Krallıqdakı karantin qadağaları nəticəsində İngiltərəyə bir çox çarter və birbaşa uçuşlar ləğv edilib.

Qeyd edək ki, AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək.

Final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments