• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

by
Sentyabr 23, 2021
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2019-cu ilin sonunda ortaya çıxan koronavirus infeksiyası bu yaxınlaradək uşaqlardan yan keçirdi. Ancaq virus daim mutasiyaya uğrayaraq sürətlə dəyişib və artıq azyaşlılar üçün də təhlükə mənbəyinə çevrilib.

Media.Az bu barədə həkim-pediatr Elza Məhərrəmova ilə söhbət edib.

O bildirib ki, Azərbaycanda uşaqların koronavirusa yoluxmasıyla bağlı rəsmi məlumatlar yoxdur.

“Ehtimal ki, azyaşlılar yoluxanların ümumi sayının 7-8%-ni təşkil edir. Əvvəllər COVID-19 nadir hallarda uşaqlara təsir edir və praktiki olaraq, bu kateqoriyadan olan vətəndaşlar üçün heç bir təhlükə yaratmırdı. Lakin 2020-ci ilin oktyabr ayında uşaqlar arasında yoluxma nisbətini artıran “Delta” variantı ortaya çıxdı.

Əvvəllər xəstələr virusu asanlıqla keçirirdilərsə, indi onların çoxu xəstəliyin daha ağır gedişi ilə üzləşirlər. Böyüklərlə müqayisədə uşaqlar koronavirusu daha asan keçirirlər. Bu iki kateqoriyadan olan şəxslər arasında əsas fərq xəstəliyin əlamətlərindədir. Əvvəlcə bu əlamətlər tənəffüs yollarının kəskin viruslu infeksiyalarını xatırladır: zəiflik, iştahsızlıq, 39-40 dərəcə temperatur, quru öskürək və boğaz ağrısı. Çox vaxt uşaqlarda COVID-19-un əsas əlaməti mədə-bağırsaq traktının pozulması, yəni ürəkbulanma, qusma və ishaldır.

Əksər hallarda valideynlər uşağın bu vəziyyətini qida zəhərlənməsi ilə qarışdırırlar, amma yüksək temperatur virus mənşəli infeksiyanı göstərir. Bəzi uşaqlarda COVID-19-un zəhərli təsirləri səbəbiylə xəstəlik dəri səpkiləri ilə müşayiət olunur. Bu hal xüsusi müalicə tələb etmir və zaman ötdükcə keçib gedir”, – deyə Elza xanım qeyd edib.

Onun sözlərinə görə, uşaq xəstələndiyi halda, ilk növbədə sahə həkiminə məlumat vermək lazımdır. Bu, xəstəliyin mümkün ağır gedişatı zamanı uşağın vaxtında xəstəxanaya yerləşdirilməsi üçün vacibdir.

“Ümumi qayda olaraq, xəstələrimə bol maye içməyi, yaxşı qidalanmağı və istirahət etməyi məsləhət görürəm. Sağalandan sonra bir müddət uşaqda tərləmə, iştahsızlıq və quru öskürək davam edə bilər.

Təəssüf ki, COVID-19-dan sonra fəsadların qarşısını almaq həmişə mümkün olmur. Bunlardan ən çox yayılanı viruslu pnevmoniya, başqa sözlə, bu və ya digər yoluxucu virusun, bizim halda koronavirusun ağciyərlərin tənəffüs bölmələrində yaratdığı kəskin iltihabdır.

Həm də koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir. Bu, yüksək temperatur, aşağı təzyiq, oksigen çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri, meningit sindromları, dəri səpkiləri, hipotoniya və ən pis hallarda orqan çatışmazlığına səbəb olan orqanizmin bir neçə sisteminə eyni anda təsir edən iltihabi prosesdir.

Bu xəstəlik çox təhlükəlidir və tənəffüs çatışmazlığı, miokardit və aritmiya kimi ağırlaşmalara səbəb ola bilər. Bu sindromdan şübhələndiyim iki xəstəm var idi. Həmin uşaqlar xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən artıq sağalıblar və indi evdədirlər”, – deyə həkim bildirib.

Elza xanım, həmçinin uşaq immunitetinin kimyəvi maddələrlə gücləndirilmədiyini, bunun yalnız düzgün qidalanma, idman, sağlam yuxu və təmiz hava ilə mümkün olduğunu vurğulayıb.

Previous Post

Mingəçevirdə təcili yardım maşını marşrut avtobusu ilə toqquşub – FOTO

Next Post

İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Next Post

İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.