EvCəmiyyətMetronun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb

Metronun “Gənclik” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb

Bakı metrosunun “Gənclik” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: “Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. B.Muxtarov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam davam etdirilir”.

SON XƏBƏRLƏR
Mövzu üzrə