EvCəmiyyətNərimanovda intihara cəhdin qarşısı alınıb

Nərimanovda intihara cəhdin qarşısı alınıb

Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə