“Azəriqaz” Samux sahibkarlarının problemini dinləyəcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Samux rayonunda təşkil olunacaq.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, “Azəriqaz” İB-nin rəhbər şəxsləri rayonun Nəbiağalı qəsəbəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” oktyabrın 20-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *