Gəncədə iki qardaş bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vüsal Rəhimov sol budun, qardaşı, 1992-ci il təvəllüdlü Anar Rəhimov isə qolun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstənin yaraları tikilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, qardaşları Göygöl rayonun Murovdağ qəsəbə sakini, 1994-cü il təvəllüdlü Əliyev Mərhəmət Rəhim oğlu bıçaqlayıb.

M.Əliyev qardaşlar tərəfindən döyüldüyü üçün onları bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *