Rusiyanın Kamçatka diyarında “Vityaz-Aero” aviaşirkətinə məxsus “Mi-8” helikopteri yoxa çıxıb.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin əməliyyat xidmətlərindən məlumat verilib.
“Kamçatkada “Vityaz-Aero” aviaşirkətinə məxsus “Mi-8″ helikopterinin təyinat yerinə çatmadığı barədə məlumat daxil olub”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, vertolyotun axtarışı üçün aviaşirkətin digər təyyarəsi havaya qalxıb və daha bir “Mi-8” helikopteri, həmçinin yerüstü xilasetmə qrupu marşrut üzrə yola çıxmağa hazır vəziyyətdədirlər.
“Yoxa çıxan helikopter Vaçkajets vulkanı – Nikolaevka kəndi marşrutu ilə hərəkət edib”, – deyə əməliyyat xidmətlərinin nümayəndəsi qeyd edib.
“Rosaviasiya”nın (Federal Hava Nəqliyyatı Agentliyi) məlumatına görə, helikopterin göyərtəsində 22 nəfər olub.








