Bakının bu ərazilərində su olmayacaq

Bakının 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində – “Vorovski” ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, sözügedən ərazidə su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.

Axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *