Mikayıl Cabbarov Türkiyə- Azərbaycan – Özbəkistan biznes formunda iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ankara şəhərində keçirilən Türkiyə-Azərbaycan – Özbəkistan biznes forumunda iştirak edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib:

“Həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanlarını müzakirə etdik”.