İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır

İsrail hakimiyyəti BMT-nin Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) Qüdsdəki bütün ofislərini yaxın 48 saat ərzində bağlayacaq, təşkilatın nümayəndələri ilə əlaqəni kəsəcək və ölkə ərazisində fəaliyyətini qadağan edəcək.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə bildirib.

Menserin sözlərinə görə, UNRWA İsrailin milli təhlükəsizliyinə təhdid yaradır və agentliyin tərkibində HƏMAS-la əlaqəli şəxslər fəaliyyət göstərir.