Juninyo “Flamenqo” klubu ilə ilk titulunu qazandı

Qış transfer pəncərəsində “Qarabağ”dan “Flamenqo”ya keçən Olavio Juninyo Braziliya klubu ilə ilk titulunu qazanıb.

Ötən gecə “Botafoqo” ilə “Flamenqo” arasında keçirilən Braziliya Super Kubokunun final görüşü “qırmızı qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo görüşün 80-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, qarşılaşma 15-ci dəqiqədə hesab 1:0 “Flamenqo”nun xeyrinə olarkən dayandırılıb. Aramsız yağan yağış səbəbindən meydança matçı davam etdirmək üçün yararsız hala düşüb. Hakimlər bir saat sonra qarşılaşmanın yenidən davam etdirilməsinə icazə veriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *