Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var

Suriyanın şimalındakı Mənbic şəhəri ətrafında əsas yolda içində bomba olan avtomobil partladılıb.

Median.Az-ın “Reuters” nəşrinə istinadən xəbərinə görə, bu barədə Suriya Mülki Müdafiə Qüvvələrindən məlumat verilib.

Məlumata görə, partlayış nəticəsində 14 qadın və bir kişi olmaqla 15 nəfər həlak olub, daha 15 isə yaralanıb.

Bildirilib ki, onların hamısı kənd təsərrüfatı sahəsində çalışan işçilər olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *