Suriya qoşunları Livan sərhədində qaçaqmalçıların bazalarını məhv edib

Suriya keçid hökumətinin qoşunları Livan sərhədində narkotik ticarəti və qanunsuz silah qaçaqmalçılığı ilə məşğul olan bazaları məhv edib.

Bu barədə Suriya DİN-in sərhəd idarəsinin bəyanatında deyilir.

Əməliyyat əl-Quseyr şəhəri ətrafındakı yeddi yaşayış məntəqəsində keçirilib və “Hizbullah” qruplaşması ilə əlaqəli silahlı dəstələr zərərsizləşdirilib.

Əməliyyata rəhbərlik edən DİN rəsmisi Muayyad əs-Salamanın SANA agentliyinə bildirdiyinə görə, Suriyanın əvvəlki hökuməti “Hizbullah” ilə birlikdə Livan sərhədini “narkotrafik dəhlizinə” çevirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *