EvCəmiyyətXalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb

Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb

İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə aktrisanın qızı Nigar Tofiqqızı məlumat verib.

O bildirib ki, anasının müalicəsi davam etdirilir.

“Dünən xəstəxanadan çıxmışıq. Çox şükür, anam indi özünü daha yaxşı hiss edir”, – deyə o bildirib.

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

SON XƏBƏRLƏR
Mövzu üzrə