Bakıda avtomobilin aşması ilə nəticələnən qəzanın detalları MƏLUM OLDU

Bakı şəhəri, Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı açıqlanıb.

Bu barədə Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində iki avtomobil toqquşub:

“Fevralın 18-i saat 21:30-da Bakı şəhəri, Azadlıq prospekti və Mirəsədulla Qasımov küçəsinin kəsişməsində 77-PL-331 dövlət nömrə nişanlı “Nissan Note” markalı avtomobil ilə 77-UX-573 dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *