Bu kanalın yenidən qurulmasına 75 milyon xərclənəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Aşağı Muğan kanalının yenidən qurulmasının I mərhələsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
 
Median.Az Report-a istinadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
 
Bildirilib ki, tenderin qalibi Euroline QSC-dir.
 
Qalib şirkətə 75,047 milyon manat ödəniləcək.