Naxçıvandan gələnlər Biləsuvar gömrük postunda saatlarla soyuqda gözləyirlər – NƏ BAŞ VERİR? (Video)

Naxçıvandan gələn sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda gözləmək məcburiyyətində qalıblar.

Bununla bağlı video çəkən sərnişin qeyd edib ki, saatlardır soyuq havada gözləyirlər.

O, təxminən 5-in yarısından etibarən bu acınacaqlı vəziyyətlə üz-üzə qaldıqlarını bildirib:

“Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkirlər. Məlumat verilmir, səbəbini bilmirik”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.
//oxu.az