Avstraliyanın Sidney şəhərində insanlara hücum edən 24 yaşlı Navid Akrama qarşı qətl və terror aktı törətmək də daxil olmaqla 59 maddə ilə ittiham irəli sürülüb.
Bu barədə yerli polisdən məlumat verilib.
Xatırladaq ki, hadisə dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə baş verib. Terror aktı zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.
