Qubada qadını avtomobil vuraraq öldürüb

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, Bəhram Tahir oğlu Allahverdiyev etibarnamə ilə idarə etdiyi “Nissan” markalı avtomobillə Quba şəhərində yolu keçən piyada Humay Tofiq qızı Zeynalovanı vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.