Sumqayıt şəhərində min abonentin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı bu gün 16:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
