Hindistanda güclü zəlzələ oldu

Hindistanın şərqindəki Assam ştatında 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Seysmik hadisənin episentri Quvahati şəhərindən 76 kilometr şimal-şərqdə və Dinqa yaşayış məntəqəsindən üç kilometr qərbdə yerləşib.

Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.