EvCəmiyyətSumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonentin təchizatı dayandırılıb

Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonentin təchizatı dayandırılıb

Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatı dayandırılıb.

Şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.

Yaranmış təhlükənin aradan qaldırılması üçün aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

SON XƏBƏRLƏR
Mövzu üzrə