Məşhur “Madaqaskar” cizgi filminin yaradıcısı Tom MakQrat franşizanın dördüncü hissəsini çəkmək istədiyini etiraf edib.
Bu məlumat Animationscoop.com saytında dərc olunub.
Layihənin ssenaristi və rejissoru Erik Darnell qeyd edib ki, o və MakQrat “Madaqaskar”ın davamını çəkmək üçün ideyalara malikdirlər.
Lakin animatorlar digər layihələrlə məşğul olduqları üçün yaxın zamanda film üzərində işləyə bilməyəcəklər. Onlar gələcəkdə dördüncü hissənin çəkiləcəyini inkar etməyiblər.
