Sakit okeanın Kamçatka sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 09:46-da (Bakı vaxtı ilə 10:46 – red.) qeydə alınıb.
Zəlzələnin episentri regional mərkəzdən təxminən 190 km məsafədə, ocağı isə təxminən 39,4 km dərinlikdə yerləşib.
Mütəxəssislər yeraltı təkanların Petropavlovsk-Kamçatskidə dörd bal gücündə hiss olunduğunu açıqlayıblar.
İtki və dağıntı barədə məlumat verilməyib.
